Azərbaycanda kibertəhlükəsizliklə bağlı təkliflər hazırlanıb

426 21-09-2022, 12:56 cemiyyet

Azərbaycanda kibertəhlükəsizliklə bağlı təkliflər hazırlanıb"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi kibertəhlükəsizliyə dair təkliflər hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib.

Bunu qurumun sədri Rahid Ələkbərli Bakıda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında bildirib.

"AKTA olaraq biz də kibermühitin inkişafı üçün addımlar atırıq. Bunun üçün bir sıra təkliflər hazırlayaraq təqdim etmişik. Bu yaxınlarda açıqlanmış proqnoza görə, 2025-ci ildə biznes qurumlarının 60%-dən çoxunun hədəfində kibertəhlükəsizlik əsas sahələrdən biri olacaq. Bu da o deməkdir ki, kibertəhlükəsizlik bizim üçün prioritet sahədir", - o qeyd edib.

R.Ələkbərli vurğulayıb ki, hazırda onlar BP şirkətində tətbiq edilən kibertəhlükəsizlik barometrinin ölkə səviyyəsində tətbiq olunmasına çalışırlar: "Həmin barometrin xüsusi indikatorları var. Həmin indikatorlar hesabına ölkənin kibertəhlükəsizlik hazırlığını qiymətləndirməyi hədəfləyirik. Bu, çox vacib məsələdir. Hazırda hətta evimizdə istifadə etdiyimiz "ağıllı" cihazlarda da təhlükəsizlik vacib amilə çevrilib".

XƏBƏR LENTİ