Ağstafanın icra başçısı da dəyişdirilir... - Quliyev özünə yeni iş axtarır

Ağstafanın icra başçısı da dəyişdirilir... - Quliyev özünə yeni iş axtarır
Daha bir rayonun icra hakimiyyətinin başçısı vəzifə başında 5 ilini tamamlamaq üzərədir. Daxil olan məlumatlardan aydın olur ki, adı əvvəlindən "vurulacaq" icra başçıları sırasına düşən Asğatafa RİH rəhbəri Məhərrəm Quliyev zatən "yuxarılar"ın nəzərində mənfi reputasiyaya malik idi.

Mənbənin söylədikləri: "Yaxın günlərdə Quliyev işindən alınır. Onun hansısa başqa vəzifəyə təyinatı gözlənilən deyil. Elə buna görə də Quliyev indidən özünə yeni iş yeri axtarmaqla məşğuldur. Hətta himayəsində olduğu dairələrdən də bu barədə xahişdə bulunub".

Qeyd edək ki, Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 2003-cü ildən Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006–cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

Bu gün Məhərrəm Quliyevin rəhbərlik etdiyi rayon icra hakimiyyəti rəsmi olaraq barəsində ən çox şikayət olunan dövlət qurumları arasında ilk yerlərdə qərar tutub.

Bakunews.as


Ağstafanın icra başçısı da dəyişdirilir... - Quliyev özünə yeni iş axtarır

  • 23-02-2016, 12:36
  • 690


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI