Türkiyədə baş verən faciədə ölənlərin sayı 14 nəfərə çatıb

418 15-10-2022, 10:32 dunya

Türkiyədə baş verən faciədə ölənlərin sayı 14 nəfərə çatıbHadisə nəticəsində ümumilikdə 28 nəfər yaralanıb

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

AYBA xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır. Ümumilikdə isə 28 nəfər yaralanıb.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.

XƏBƏR LENTİ