Azərbaycanın BƏƏ-dəki səfiri dəyişib

514 17-10-2022, 16:30 cemiyyet

Azərbaycanın BƏƏ-dəki səfiri dəyişibMahir Əliyev geri çağırıldı, Elçin Bağırov səfir təyin edildi

Prezident İlham Əliyev M.M.Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncamda bildirilib ki, Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Prezidentin digər Sərəncamına əsasən, Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

XƏBƏR LENTİ