"ABŞ-ın qurduğu oyunda Türkiyəni çox ciddi təhlükə gözləyir..."

"ABŞ-ın qurduğu oyunda Türkiyəni çox ciddi təhlükə gözləyir..."
"Biz PKK ilə PYD arasında bir bağ görmürük"

Bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner deyib. Mark Toner bildirib ki, biz Suriya ərazisinə endirilən topçu zərbələrinin dayandırılmasını istəyirik. PYD-yə də Hələb ətrafında gərginlik yarada biləcək fəaliyyətlərdən uzaq durmasını istədik.

Bununla bağlı Türk-slavyan hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov Ölkə.az-a açıqlama verib:

"Bu məsələləri 3-4 ay əvvəl deyirdim ki, Rusiya-Türkiyə münasibətləri hər iki tərəfə xeyir etmədiyi kimi ən çox Türkiyəyə ziyan vuracaq. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi regionda marağı olan digər oyunçulara sərf edəcək. İki dövlətin münasibətlərinin gərginləşməsi bütöv Avropa coğrafiyasına təsir göstərəcək.

Rusiya Türkiyə qarşıdurması baş verməyənə qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Putinə xitabən deyirdi ki, bizi Şanxay əməkdaşlıq təşkilatına qəbul edin. Əgər bizi Şanxay əməkdaşlıq təşkilatına qəbul etsəniz biz ümumiyyətlə Avropanı yaddan çıxardacağıq. Bundan əvvəl isə Türkiyənin rəsmi dairələri bildirirdi ki, bizi gömrük birliyinə qəbul edin. NATO üzvü olan Türkiyənin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaması onu göstərirdi ki, Türkiyə NATO konsepsiyasından kənara çıxır, daha doğrusu milli maraqlarından çıxış edirdi.

ABŞ-ın maraqlarına qarşı dura biləcək oyunçu Rusiya idi. Türkiyə ilə Rusiyanın birləşməsi, Türkiyənin Şanxay əməkdaşlıq təşkilatına qoşulması okeanın o biri tərəfi üçün vahimə siqnalı idi. Bunun baş verməməsi üçün hər cür addım atacaqdılar.

Türkiyəni Rusiyaya qarşı qaldıran ABŞ bu gün Türkiyəyə deyir ki, PYD reallığını qəbul edin. Burada qalib tərəf ABŞ-dır. ABŞ oyunu qurdu, son nəticədə də istədiyini almağa doğru gedir. Türkiyəni çox ciddi təhlükə gözləyir. PYD-ni vurmamaq o deməkdir ki, artıq kürd zolağının Aralıq dənizinə çıxışı təmin edilir".

Qeyd edək ki, Putin və Obama Suriyada atəşkəs haqqında razılığa gəlib.
Xeberdar.net

"ABŞ-ın qurduğu oyunda Türkiyəni çox ciddi təhlükə gözləyir..."

  • 23-02-2016, 18:59
  • 438


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  4. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  5. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  6. 30 iyunda gözlənilən hava şəraiti
  7. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  8. Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
  9. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  10. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI