“Planı üç nəfər qurdu, əlimdə video var...” - İmran Xan adları açıqladı

“Planı üç nəfər qurdu, əlimdə video var...” - İmran Xan adları açıqladı“Dörd nəfər bağlı qapılar arxasında məni öldürməyi planlaşdırırdı, mənə bir şey olarsa, əlimdə yayımlanacaq video var”.

“AzPolitika.info” xəbər verir ki, bunu Pakistanın keçmiş Baş naziri, Pakistan Təhrik-i İnsaf Partiyasının (PTI) sədri İmran Xan Lahordakı Şövkət Xanım Memorial Xərçəng Xəstəxanasından (SKMCH) videomüraciətində deyib.

Ayağına dörd güllə dəydiyini deyən eks-Baş nazirin sözlərinə görə, mitinqə getməzdən bir gün əvvəl ya Vəzirabadda, ya da Pəncab əyalətinin Qucrat şəhərində ona qarşı sui-qəsd ediləcəyindən xəbərdar idi. Videomüraciətdə sükutu pozan PTI sədri onun həyatına uğursuz cəhdin arxasında üç nəfərin - Baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və yüksək rütbəli hərbçinin dayandığını bildirib. O, partiya üzvlərindən və tərəfdarlarından üç təqsirləndirilən şəxsin istefaya gedənə qədər etirazlarını davam etdirmələrini istəyib: “Planı üç nəfər qurdu... uzun yürüşdə izdihamın böyüdüyünü görüncə plan qurdular. Onlar mənim qətlimi dini fanatiklərin üzərinə yıxmaq istəyirdi. Müstəqilliyinizə heç vaxt güzəştə getməyin. Etiraz etmək sizin hüququnuzdur, etiraz aksiyalarında iştirak edin. Mən sağaldıqdan sonra dərhal küçələrə çıxacağam və İslamabada doğru yürüş üçün müraciət edəcəyəm”.
“Planı üç nəfər qurdu, əlimdə video var...” - İmran Xan adları açıqladı
“Bir müddət əvvəl İmran Xan bizə dedi ki, onun adından bu bəyanatı yayaq. O hesab edir ki, bu sifarişi həyata keçirilən üç nəfər var - Şahbaz Şərif, Rana Sanaullah və general-mayor Feysəl. O, məlumat aldığını söyləyib” - Pakistan Təhrik-i-İnsafın (PTI) liderləri Əsəd Ömər və Mian Aslam İqbal jurnalistlərə bildirib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.

“Dawn” xəbər verir ki, 70 yaşlı kriketçi həyatına sui-qəsddə birbaşa hökumət rəsmilərini və bir ordu zabitini ittiham etməsindən bir neçə saat sonra federal nazirlər və hərbçilər bu iddiaları rədd edərək, onları “qəbuledilməz” adlandırıb, diffamasiya və saxta ittihamlara görə məsuliyyət daşıyanlara qarşı tədbir görülməsini tələb edib.

Pakistanın informasiya və yayım naziri Məryəm Auranqzeb və daxili işlər naziri Rana Sanullah da Xanın ittihamlarını tənqid edib. Məryəm Auranqzeb hücumdan sonra İ.Xanın hərəkətləri ilə bağlı suallar verib: “Niyə o, dörd güllə ilə vurulandan sonra yaxınlıqdakı heç bir xəstəxanaya getmədi və Lahora çatmaq üçün üç qiymətli saat sərf etdi? Cənab Xan Vəzirabaddan təxminən 123 km cənub-qərbdə yerləşən Lahor şəhərinə aparılıb və orada güllələnib. Niyə dövlətin həkiminə və polisə onu yoxlamağa və ya ziyarət etməyə icazə verilməyib? Biz hadisəni araşdırmaq üçün federal hökumətin tam əməkdaşlığını təklif edirik. İmran Xan heç bir sübut olmadan yalan ittihamlar irəli sürür. Fakt odur ki, hücum edən şəxs Pəncab polisinin nəzarətində olub və istintaq federal hökumətin deyil, Pəncab hökumətinin məsuliyyəti idi”.

M. Auranqzeb əlavə edib: “Uca Allah xatirinə mən din kartını oynamamağı xahiş edirəm. Bu təhlükəli yoldur və ciddi nəticələrə səbəb ola bilər.”

İ. Xanın siyasi faydalar üçün qurumları ləkələdiyini iddia edən xanım nazirin sözlərinə görə, hər şey martın 7-dən sonra başlayıb. Xan etimadsızlıq səsverməsində ona dəstək verdiyi üçün general Bacvaya ömürlük ordu rəisi olmağı təklif edib.

Laçın SƏMLA

AzPolitika.info

“Planı üç nəfər qurdu, əlimdə video var...” - İmran Xan adları açıqladı

  • 6-11-2022, 10:32
  • 550


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI