ABŞ İranın neft sektoru ilə əlaqəli 13 şirkətə sanksiya tətbiq edib

341 17-11-2022, 22:39 dunya

ABŞ İranın neft sektoru ilə əlaqəli 13 şirkətə sanksiya tətbiq edibABŞ Maliyyə Nazirliyi İranın neft sektoru ilə iş görən 13 şirkətə qarşı sanksiya məhdudiyyətləri tətbiq edib. "Report" xəbər verir ki, müvafiq bəyanat Nazirliyin saytında yerləşdirilib.

Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir.

Qeyd olunur ki, sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.

XƏBƏR LENTİ