ABŞ İranda etirazçılara qarşı təzyiqlərin artmasından narahatdır

344 23-11-2022, 10:19 dunya

ABŞ İranda etirazçılara qarşı təzyiqlərin artmasından narahatdırJan-Pyer: "Biz dinc nümayişçiləri həbs edən və onlara atəş açan İran hakimiyyətini qınayırıq"

ABŞ administrasiyası İran hakimiyyətinin etirazçılara qarşı artan zorakılığından narahatdır. Xeberdar.net xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib.




Onun sözlərinə görə, hazırda Ağ Ev hər hansı yeni sanksiyalar elan etmir.
“Biz İranda dinc nümayişlərə qarşı güclənən zorakılıqdan ciddi narahatlıq keçiririk. Biz dinc nümayişçiləri həbs edən və onlara atəş açan İran hakimiyyətini qınayırıq”,- deyə o bildirib.

O, Ağ Evin İran hakimiyyətinə qarşı sanksiyaların nəticələri, həmçinin Vaşinqtonun bununla bağlı daha hansı addımları nəzərdən keçirməsi ilə bağlı suala cavab verib.

“Biz günahkarları məsuliyyətə cəlb etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcəyik”, - deyə Karin Jan-Pyer bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ