Dərin Özüllər Zavodunda dərin korrupsiya ittihamı...

Dərin Özüllər Zavodunda dərin korrupsiya ittihamı...

Heydər Əliyev adına Dərin Özüllər Zavodunda çalışan Arif Cavadov burada dəhşətli korrupsiya hallarının baş verdiyini iddia edib. Xeberdar.NET-ə göndərdiyi məktubunda iddiaçı bildirib ki, bununla bağlı 18 aydır rəsmi qurumlara yazılı şəkildə müraciət etsə də, heç bir tədbir görülmür.

O bildirir ki, zavodun rəhbərliyi gizli anbarlar yaradıb və oraya müəssisənin balansında olan mal və məhsulları yığır. «Zavodun vəzifəli işçisi gizli anbar yaradaraq, oraya oğurluq mal və materiallar yığır. Halbuki bu anbarlarda gizlədilən materiallar dəfələrlə sifariş edilib və istifadə olunub. Əslində isə həmin prosesdən külli miqdarda qazanc əldə edilib. Misal üçün, 50 tonluq körpülü kran 3 gün saxlanıldıqdan sonra detal yoxdur deyə, həmin günlər ərzində sifariş yazılıb. Bu məqsədlə pul ayrılıb və həmin gizli anbardakı detallardan istifadə edilərək, pullar mənimsənilib».

Arif Cavadov məktubunda toplam 2 milyon manatlıq mal və materialın bu şəkildə gizlədildiyi və sonradan satışa çıxarıldığını iddia edir. «Bu cür ciddi fakt ortada varkən kimsə bu işlərlə məşğul olanlara «gözün üstə qaşın var» demir. Bu dövlət əmlakını talayanlara himayədarlıqdır, ya yox?»

Dərin Özüllər Zavodunun işçisi bildirir ki, bu məsələ ilə balı hələ ötən ilin 24 yanvarında Azər adlı menecerlə söhbəti olub. «Ona bildirdim ki, baş verənlərlə bağlı prezidentə şikayət edəcəm. Cavbı bu oldu ki, gücüm çatmayacaq və istədiyim şəxsə də şikayət yaza bilərəm. Bəs, bu necə, prezidentə hörmətsizlikdir, ya yox?»

Yazıda qeyd olunan müəssisənin mövqeyini də dərc etməyə hazırıq.

Dərin Özüllər Zavodunda dərin korrupsiya ittihamı...

  • 31-07-2015, 03:23
  • 772


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  6. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  7. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
  8. Güclü yağışlar, qar geri qayıdır-XƏBƏRDARLIQ
  9. DAHA 61 NƏFƏRDƏ YOLUXMA QEYDƏ ALINIB – Koronavirus epidemiyası sürətlə yayılır
  10. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI