Rusiyanın təmirdə olan yeganə kreyserində yanğın olub

281 22-12-2022, 15:31 dunya

Rusiyanın təmirdə olan yeganə kreyserində yanğın olubRusiyanın Murmansk şəhərində təmirdə olan təyyarə daşıyan “Admiral Kuznetsov” kreyserində yanğın baş verib.

Xeberdar.netRusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya birləşmiş gəmiqayrıma şirkətinin rəhbər Aleksey Raxmanov bildirib.

Məlumata görə, “Admiral Kuznetsov” kreyseri Zvezdoçka zavodunda təmir olunur. Aleksey Raxmanov təmir zamanı “kiçik yanğın” baş verdiyini iddia edir. Onun sözlərinə görə, dağıntı və tələfat olmayıb. Gəminin yanğınsöndürmə sisteminin işə düşməsi nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, bu kreyser 1991-ci ildə istismara verilib . Dünyanın bir çox bölgələrində, o cümlədən Suriya və Qara dənizdə Rusiya Silahlı Qüvvələrinin əməliyyatında iştirak edib. Kreyser 24-26 qırıcı və 12 helikopter tutumuna malikdir.

Rusiyanın yeganə aviadaşıyıcısı olan “Admiral Kuznetssov” 2024-cü ildə donanmada fəaliyyətinin bərpa edəcək. Kreyser 2018-ci ildə Suriyada əməliyyatlarda iştirakdan sonra təmirə salnalıb.

Xatırladaq ki, Ukraynanın məhrum Prezidenti Leonid Kravçuk vaxtı ilə gəminin ölkəsinə verilməsini tələb edib.


Xeberdar,net

XƏBƏR LENTİ