Arvadını öldürdü, saxta məktub hazırladı və... - 38 il sonra üstü açıldı

266 28-12-2022, 15:02 dunya

Arvadını öldürdü, saxta məktub hazırladı və... - 38 il sonra üstü açıldıABŞ-da Pensilvaniya sakini 1984-cü ildə həyat yoldaşını öldürməkdə ittiham edilərək həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Lancaster dairəsinin prokurorunun saytında məlumat verilib. 67 yaşlı Jere Bagentouz 38 il əvvəl həyat yoldaşı Marian Bagentouzun yoxa çıxması ilə bağlı şəhər polisinin yeni dəlillər tapmasından sonra dekabrın 22-də nəzarətə götürülüb. 25 yaşlı qadın 1984-cü il iyunun 5-də yoxa çıxıb. Bir müddət əvvəl o, ərindən ayrılaraq yeni sevgilisi ilə yaşayırmış.

Həyat yoldaşları arasında oğullarının qəyyumluğu ilə bağlı məhkəmə olub. İyunun 15-nə təyin edilmiş məhkəmə iclası mübahisəyə son qoymalı idi. Jere dindirmə zamanı bildirib ki, o, həyat yoldaşını sonuncu dəfə itkin düşən gün, onu birlikdə işə getməyə çağıranda görüb. Qadının hələ hazır olmadığını deyib. Daha sonra kişi oğlunu parka aparıb və qayıdanda arvadı evdə olmayıb. O, guya şəhər bazarına getdiyinə dair qeyd qoyub. Kişinin evinin yaxınlığındakı qarajın ətrafında polis təxminən 1,5 metr ölçüsündə təzə qazılmış çuxur aşkar edib. İyunun 13-də aparılan axtarış zamanı qadının meyiti orada tapılmayıb, lakin müstəntiqlər evdə “Təcili bir şey etməliyəm, tezliklə qayıdacağam” yazılı qeyd tapıblar.

Əməliyyatçılar Bagenstouzun ziddiyyətli ifadəsinə diqqət çəkiblər: əvvəlcə o qeyd edib ki, qeyddə arvadının getdiyi yer göstərilib. 1985-ci ildə kişi deyib ki, tanışları arvadını sağ görüblər. O, həmçinin iddia edib ki, qəyyumluğu ona verilən oğlu ilə birlikdə Mariandan məktublar və açıqcalar alıb, lakin onları heç vaxt polisə göstərməyib.

Qadının cəsədi heç vaxt tapılmadığı üçün polisin Bagentouzun həbsi üçün kifayət qədər əsası olmayıb. 2018-ci ildə müstəntiqlər işi araşdırmaq üçün daha bir cəhd ediblər. Onlar Jere Bagentouz tərəfindən yazılmış köhnə sənədlər aşkar ediblər. Əl yazısı ekspertizası onun kişi tərəfindən yazıldığını göstərib. Bundan sonra prokurorluq hesab edib ki, 67 yaşlı amerikalının həbsi üçün kifayət qədər əsasları var. Marian Bagentouzun cəsədi hələ tapılmasa da, Pensilvaniya ştatının polisi əmindir ki, bu irəliləyiş işin bütün təfərrüatlarını tezliklə tam həll etməyə imkan verəcək.

XƏBƏR LENTİ