Astarada başçının 140 minlik bulvar əməliyyatı - BU DA FAKT!!!

202 19-01-2023, 17:45 cemiyyet

Astarada başçının 140 minlik bulvar əməliyyatı - BU DA FAKT!!!Azərbaycanda bir çox icra başçılarının iş adamlarına qarşı qanunsuzluğu haqda mətbuatda çox yazılıb. Bu dəfə Astara rayon icra başçısı Qəzənfər Ağayevin ağlasığmaz əməli haqda DİA.AZ-a məlumat daxil olub. Məlumatda qeyd olunur ki, iş adamı Yaşar Məhərrəmov 2014-ci ilin avqust ayında Astara rayon icra hakimiyyətinin məsul vəzifəli şəxslərindən olan Şirinov Xanverdi Allahverdi oğlu ilə birgə rayonun başçısı Qəzənfər Ağayevlə icra hakimiyyətinin binasında görüşmüş və razılaşmaya əsasən Aslara rayonu dənizkanarı bulvarının sahil boyunca olan 600 metrlik məsafədə (ümumi uzunluğun 1800 (min səkkiz yüz metr) metal mühəccirlərin və 120 ədəd işıqlandırma dirəklərinin alaraq rayona gətirmişdir.
Bundan sonra Y.Məhərrəmov həmin avadanlıqların quraşdırlması işlərini həyata keçirmiş və bu iş üçün vəsait sərf etmişdir. İş adamı bildirir ki, 1800 metr uzunluğunda metal mühəccərlərin hər metrə üçün dəyəri 20 manat olmaqla, cəmi 36000 manat, işıq dirəklərinin işıqlandırılması üçün 6000 metr uzunluğunda kabelin hər metr üçiin 2,50 AZN olmaqla, cəmi 15000 manat, kabelin təhlükəsizliyi üçün 6200 metr plasmas boruya hər metri 70 qəpik olmaqla, cəmi 4340 AZN və 120 ədəd işıq dirəklərinin bir hissəsi üçün 66000 manat təşkil etmişdir.
Alınmış avadanlıqların ümumi dəyəri cəmi 121.340 manat etmiş, həmin işlərin görülməsi üçün yol nəqliyyat xərclərinə, usta və fəhlələrə zəhmət haqqı və sair xərclərə görə Astara rayon İcra Hakimiyyətinin müavini ayrı-ayrı vaxtlarda hissə-hissə iş adamına ödənişlər etmiş, lakin materialın pulu bu günədək ödənilməmişdir. Bununla bağlı 15 may 2022-ci il tarixdə Astara rayon İcra Hakimiyyətinə müraciət edən Y.Məhərrəmovun müraciəti cavabsız qalmışdır. Bu müddət ərzində aldığı materialın pulunu ödəyə bilmədiyindən Y.Məhərrəmov haqqında cinayət işi açılmış va barəsində həbs qatimkan tadbiri seçilmişdir. Zərərçəkmiş şaxsə ümumi dəyəri 70.000 manat olan borc müqabilində Y. Məhərrəmov bacısına məxsus bir otaqlı evi vermiş və , buna görə da zarərçəkmiş şəxsin məhkəməyə iinvanladığı “ona vurulmş zərarin iidanilmasi haqqında" ərizəsi əsasında cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Faktik olaraq iş adamı icra başçısı tərəfindən müflis edilmişdir. Olayın detalları haqda növbəti yazımızda ətraflı bəhs edəcəyik.

XƏBƏR LENTİ