ABŞ Polşaya əlavə qoşun göndərir?

179 24-01-2023, 17:19 dunya

ABŞ Polşaya əlavə qoşun göndərir?ABŞ Avropadakı qoşunlarının sayını 20 min artırıb. Lakin hələlik Polşaya əlavə kontingent göndərmək planı yoxdur.

Xeberdar.net xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik və müdafiə üzrə strateji kommunikasiyalar koordinatoru Con Kirbi deyib.

"Bu günə qədər qoşunların hərəkəti ilə bağlı heç bir açıqlamam yoxdur. Biz artıq Avropa qitəsində mövcudluğumuzu əlavə 20 min nəfər artırmışıq və bunu rotasiya əsasında Avropada saxlamaq üçün mexanizmlər yaradacağıq. Polşa ilə bağlı heç bir açıqlamam yoxdur”, - Kirbi qeyd edib.

XƏBƏR LENTİ