2 AY SU ÜZÜNƏ HƏSRƏT QALAN AĞSULULARA YENI BIR ZƏRBƏ - TƏFƏRRÜAT

2 AY SU ÜZÜNƏ HƏSRƏT QALAN AĞSULULARA YENI BIR ZƏRBƏ - TƏFƏRRÜAT

Ağsu rayonunda vəziyyəy olduqca çətinləşib. Rayon caamatı aylardı su üzünə həsrət qalıb. Vəziyyətin belə olması isə nə icra başçısını nədə ki, aidiyyatı qurumları maraqlandırır. Azerinews.tv-yə Ağsu rayonunun Bico kənd sakinlərində aldığı məlumata görə, aylardı susuz qalan əhaliyə yeni bir zərbəni yanğın vurub. Məlumatlara görə, Ağsu rayonunun Bico kəndi ərazisində avqustun 2-də başlayan yangın ayın 3-ü səhər saatlarında söndürülüb. Əslində yanğın qonşu Kecdimez kəndinin dağında avqustun 1-i axşamı başlamışdı. Belə ki, həmin gün Keçdimez kəndinin dağında yerləşən Keçdimez pirini ziyarət edənlər yandırdiqları ocağı söndürmədən getdiklərindən, axşam saatlarında ətraf əraziyə od düşmüşdü. Avqustun 1-i axşam FHN-nin Ağsu rayon bölməsinin üzvləri və yerli camaatdan ibarət qrup yanğını söndürməyə cəlb olunublar. Yanğının genişlənməsinin qarşısı alnsada, köz ocaqlarının tamam söndürülməməsi ayın 2-si səhər saatlarından başlayaraq dağlıq ərazinin yenidən alovlanmasına səbəb olub. Yanğın genişlənərək Bico dağlarını da əhatələyib. Artıq avqustun 2-si gündüz saat 12-1 radələrində Bico dağı böyük yangın ocağına çevrilib.
2 AY SU ÜZÜNƏ HƏSRƏT QALAN AĞSULULARA YENI BIR ZƏRBƏ - TƏFƏRRÜAT

Yerli sakinlərin dediyinə görə, FHN-nin Ağsu bölməsinin əməkdaşlarının hadisə yerinə gecikmələri və yalnız bir kiçik həcmli yanğınsöndürən maşınla təmsil olunmaları yanğının daha da böyüməsinə rəvac verdi. Ərazinin dağlıq və meşəlik olması çox az sayda olan FHN əməkdaşlarının çarəsiz qalmasına səbəb olub. Amma sonradan əraziyə Şamaxı FHN əməkdaşları da cəlb olundu ki, onlar da yanğının yalnız Şamaxı ərazisinə keçməsinin qarşısını aldılar. Göyçaydan gələn FHN briqadası Bico dağında gözləmə mövqeyi tutmaqla kifayətləndilər. Axsam saatlarında Ağsu FHN-nin işçiləri yorulduqlarını bəhanə gətirərək yanğını söndürməkdən imtina etdilər. Yalnız Kürdəmir briqadasının 8 üzvü gecəyədək yanğına qalib gəlməyə çalışdılar. Lakin onlar da gecə təxminən saat 12-1 arası "otboy" komandası aldılar. Beləliklə, dəfələrlə söndürülmək ehtimalı böyük olan yanğın öz məcrasına buraxılıb. Deyilənə görə gecə "başsız" qalan yanğın səhərə yaxın artıq Bico kəndinin 10-15 metrliyinə çatdığı xəbəri sakinləri təşvişə salıb. Avqustun 3-ü səhər saat 8 radələrində FHN-nin 3 yanğınsöndürən maşını və xeyli canlı qüvvəsi əraziyə cəlb olunub. Yalnız həmin gün yanğının qarşısını almaq mümkün olub. Yerli sakinlərin bildirdiyinə görə, rayondakı vəzifə sahiblərinin səhlənkarlığı və laqeydliyi nəticəsində Bico və Keşdiməz kəndinin 200 hektardan çox otlaq və meşə ərazisi külə dönüm. İki aydı su üzünə həsrət qalan kəndlər daha bir böyük zərbə alıb...

2 AY SU ÜZÜNƏ HƏSRƏT QALAN AĞSULULARA YENI BIR ZƏRBƏ - TƏFƏRRÜAT

  • 4-08-2015, 15:35
  • 799


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI