Tofiq Yaqublu və İlqar Məmmədovun işi üzrə daha bir zərərçəkmiş şəxs müəyyən edilib

Tofiq Yaqublu və İlqar Məmmədovun işi üzrə daha bir zərərçəkmiş şəxs müəyyən edilib
Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə bu günə təyin olunan ilkin məhkəmə baxışı iclası təxirə salınıb.

Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə Penitensiar Xidmətin məhkəməyə göndərdiyi məktub oxunub. Məktubda qeyd olunub ki, işlərin çoxluğundan məhkumları məhkəməyə gətirmək mümkün olmayıb.

Bundan əlavə, hakim bildirib ki, cinayət işi üzrə daha bir zərərçəkmiş şəxs müəyyən edilib. Baxış Kəsər adlı Türkiyə vətəndaşı ölkəsindən məhkəməyə teleqram vuraraq prosesə gələ bilmədiyini bildirib.

Baxış Kəsərin İsmayıllı hadisələri zamanı paltosunun yandığı açıqlanıb. Onun indiyə kimi şikayət etmək imkanı olmadığından bir qədər öncə məhkəmə müraciət edib. B. Kəsərin məhkəməyə göndərdiyi teleqramda mənəvi sarsıntı keçirdiyi bildirilib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ. Məmmədov və Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunublar.
Xeberdar.net

Tofiq Yaqublu və İlqar Məmmədovun işi üzrə daha bir zərərçəkmiş şəxs müəyyən edilib

  • 25-02-2016, 15:46
  • 463


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  2. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  3. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
  4. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  5. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  6. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  7. Sabah hava necə olacaq –Proqnoz
  8. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  9. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  10. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI