İranda Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarı dağıdılıb

299 5-02-2023, 22:20 siyaset

İranda Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarı dağıdılıb

İranda İzzəddin Həsənoğlunun məzarı dağıdılıb

Ali Shamil yazır:

Azərbaycanda araşdırıcılar ana dilimizdə şeirləri bizə gəlib çatan şairdən söz edəndə birinci İzzəddin Həsənoğlunun adını çəkirlər. 13-cü yüzilin ikinci yarısındaXorasan vilayətinin Əsfərain şəhərində anadan olduğunu və orada da yaşadığını yazırlar. Sufi şeyxi Raziyəddin Əli Lələnin tələbəsi sufi şeyxi Cəmaləddin Əli Zakirin müridi olmuşdur bu böyük şəxsiyət sonra Şeyx İzzəddin Əsfəraini adı ilə tanınmışdır.

Həsənoğlunun Azərbaycan türkcəsində "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli araşdırıcılara məlum idi. Seyfəddin Altaylı isə onun peyğəmbərimizə həsr olunmuş böyük bir poemasını tapıb nəşrə yazırladı.

Həsənoğlunun adının son dövrlər tez-tez çəkilməsi yerli milli ziyalıları da hərəkətə gətirdi. Şairin uçub dağılmış qəbrini ötən il bərpa etdilər. Qəbrin bərpa edilmiş vəziyyətdəki üç şəkilini FB paylaşmışdıq. İndi də təkrar paylaşıram. Bu səhər isə acı bir zəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Yazıblar ki, farsla qəbiri dağıdıb. Buna mən inanmıram. Hökumətin icasəsi olmadan belə bir addımı heç kim atmağa cəsarət etməz. Ciddi araşdırma aparılsa görəcəyik ki, qəbiri hökümətdə çalışanların tapşırığı ilə fars millətçisində çox fars olan türkün əli ilə dağıtdırıblar.

Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirələr. Sonuncu şəkil qəbirin dağıdılmış vəziyyətidir.
İranda Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarı dağıdılıb
İranda Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarı dağıdılıb

XƏBƏR LENTİ