ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı

ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdıBununlada ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb.
Xocalı qətliamını tanıyan ABŞ ştatlarının sayı 21-ə çatıb. Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, Aydaho Xocalı qətliamını pisləyən 21-ci ABŞ ştatı olub. ABŞ-ın Aydaho ştatının qubernatoru K.L. Buç Otter (C.L. “Butch” Otter) xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini Aydahoda “Xocalı Qətliamını Anma Günü” elan edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.

Bu bəyannamə, Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.

Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin, qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir. Bəyanamə, Aydaho ştatının dövlət katibi Lorens Deni (Lawerence Denney) tərəfindən də imzalanıb.

Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb.
ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı
Bundan öncə isə fevral ayı ərzində ABŞ-ın Montana, Nebraska və Havaanna şatatlarının quberatorları da Xocalı qətliamı haqqında qətnamələr qəbul ediblər.

Xeberdar.net

ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı

  • 26-02-2016, 10:17
  • 465


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI