Son iki ayda Yasamalda 33 narkotacir saxlanılıb

146 30-03-2023, 14:34 cemiyyet

Son iki ayda Yasamalda 33 narkotacir saxlanılıbYasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amin Kərimli saxlanılıb. Onun üzərinə baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Amin Kərimli heroini Bakı şəhərində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

DİN-dən Musavat.com-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələri tərəfindən fevral-mart aylarında rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 18 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitələr və metamfetamin çıxarılıb. Saxlanılanlardan bir neçəsi narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.

Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ