Ayaqqabının içərisində türməyə narkotik keçirmək istədi

159 30-03-2023, 17:51 cemiyyet

Ayaqqabının içərisində türməyə narkotik keçirmək istədiƏdliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Axar.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zamanı, orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,034 qram olan narkotik maddə - heroin aşkarlanıb.

Bundan başqa, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman, əynində olan göy rəngli şalvarın yan cibində kağız bükülüdə ümumi çəkisi 0,082 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ