AZƏRBAYCAN QANUNLARIN VECƏ ALMAYAN QUMAR MAFİYASI - ARAŞDIRMA

AZƏRBAYCAN QANUNLARIN VECƏ ALMAYAN QUMAR MAFİYASI - ARAŞDIRMA

Azərbaycanda oyun biznesi qanun çərçivəsində qadağan edilib.

Azərbaycan parlamentinin 30 sentyabr 2011-ci il cümə günü keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı əlavə və dəyişikliklər qəbul edilib.


Cinayət Məcəlləsinə bununla bağlı 192-1-ci maddə əlavə edilib.

Dəyişikliyə görə, lotereyanın buna hüququ olmayan şəxs tərəfindən və qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan təşkili və ya keçirilməsi, vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd olunan cinayətlər təkrar, külli miqdarda ziyan vurulduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə isə cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırmaq təklif olunur.
Qumarxana təşkil etmə və ya saxlama da cinayət məsuliyyətinə səbəb olacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə 244-1-ci maddə əlavə olunub.

Qumarxana təşkil etmə və ya saxlama cinayətinə görə 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayət təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilərsə, 3-6 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
AZƏRBAYCAN QANUNLARIN VECƏ ALMAYAN QUMAR MAFİYASI - ARAŞDIRMA

Lakin Belə görünür ki, bu sahədəki qumar mafiyası mənbələrini hələ də əldən buraxmaq istəmirlər. Doğrudur, Bakıda böyük kazinolar yoxdur. Nisbətən kiçik belə oyun mərkəzləri isə az deyil. Özü də bu cür obyektlərdə sadəcə olaraq lövhələr dəyişib. "Oyun avtomatları” sözü yazılmış lövhələri çıxararaq yerinə üstünə "İnternet-kafe” yazılmış lövhələr asırlar. Pul uduşları ilə, pul qoymaqla oynanan loto, domino, oyun kartı və ya nərd üzrə "ixtisaslaşmış” bu müəssisələr adətən qəlyanxana və ya "Çay evi” adı altında fəaliyyət göstərir. Qanunsuz pullu oyunların keçirildiyi bu obyektlər tez-tez aşkara çıxarılır, bağlanır, onların avadanlıqları müsadirə edilir. Lakin bu müəssisələrin kökü kəsilmir ki, kəsilmir. Onlar vətəndaşları müflisləşdirməkdə davam edirlər. Son günlərdə bu mafiya işlərini birazda böyudub, açıq faliyyətə keçiblər. Belə ki 3 çü mikrayon və 4-cü mikrayon kəsişmə nöktəsində Bank RESPUBLİKAnın arxasında, Xəzər ticarət evinin yanı keçmiş ARZU şadlıq evi indiki NARHAUZ kafesində belə obyektin olduğu üzə çıxıb.

Redaksiyamıza daxil olan bu məlumatı faktlarla sübut etmək qərarına gəldik. İlk baxışdan adi obyekdir, adamlar orada sakitcə rus lotosu oynayır. Bu görüntü 90-cı illərin Bakısını xatırladır. O zaman paytaxtın az qala hər tin-bucağında loto oyunu mərkəzləri vardı. Bu obyektlərin Bakı və digər şəhərlərdə sayı hesabı bəli belə deyildi. Amma prezident Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə onların hamısı bağlanıb ləğv edildi. Onlarla bərabər elit kazinolar da yoxa çıxdı. Lakin belə görünür ki, qumar mafiyası bu məğlubiyyəti ilə barışmaq fikrində deyil və xərçəng şişi kimi getdikcə artıb böyüyərək əvəz çıxmağa qərar verib.

19-cu polis bölməsinin ərazisində yerləşən bu obyektdən bölmə rəisinin görəsən xəbəri yoxdurmu…?! Bu axı necə ola bilər, aidi bir obyekt daxilində bir dəyişiklik etmək istəyəndə post paturulu ərazi polisi hamısı obyektdə görülən işin qanuni olub olmamasını xəbər almaq üçün həmin ərazidə qeyri rəsmi reyd aparır.
AZƏRBAYCAN QANUNLARIN VECƏ ALMAYAN QUMAR MAFİYASI - ARAŞDIRMA

Bəs bu belədirsə onda “RUS LOTO”su oyunlarının 24 saat keçirilməsi ərazi polisinin necə gözündən yayınır…?
Prezident İlham Əliyev cəmiyyətdə bu cür eybərcərliklərlə mübarizə aparsada bəzi məmurların himayədarlığı ilə qumar mafiyası fəaliyyətini dahada sürətlə genişləndirir.

Aparılan araşdırmalar zamanı ortaya çıxan bu ünvanda mafiyanın açıq aşkar heç bir qorxu hiss etmədən səsküylü əvvəldən şəhərin mərkəzi küçələrində elan paylamaqla açılış mərasimi keçiriblər.

Araşdırmamızdan bu obyektin şəriklərindən birinin Yəhudi əsili olması və adının heç harda çəkilməməsi üçün Azərbaycanlı birisini sahibkar kimi obyektə rəhbərlik etməsi və bütün ora gələn şəxslərin qarşısına çıxması tapşırığı verib. Bu obyektlə bağlı KİV-in nümayəndələrinin yazmasına baxmayaraq bu insanlara toxunan heç bir orqan tapılmır. Hətta bizim araşdırma məksədi ilə obyektə yaxınlaşdığımızı hiss etdikdə təhqir edici sözlərlə bizə kim nə edə bilərki, bizim mətbuatda da dostlarımız çoxdur sözləridə qulaqlarımızdan yan keçmədi.

Görəsən bunların mətbuatda yaxuda dövlət orqanlarındakı havadarları kimlərdir bunlar kimlərə bu qədər güvənərək açıq aşkar “RUS LOTO”su oynatmaqdan bir gecədə 10.000 azn qazanc əldə edərək, kafelərin ödəyicilik sistemində ödəniş edib vergidən yayınır. Bir ay ərzində 300.000 manatı keçən bu məbləğin hansı ciblərə getdiyi naməlum qalır.

Doğrudanmı hakimiyyət orqanları qumarxana sahibləri ilə savaşı heç cürə uda bilmir? Doğrudur, mübarizə gedir. Amma aparılan mübarizə əks təsirə malikdir. Bu cür obyektlər yağışdan sonar artan göbələkləri xatırladır, bu qumarxanalarda göbələk kimi artmaqdadır. Belə çıxır ki, səs-küylü bəyanatlara və sərt cəza tədbirlərinə baxmayaraq qumarxanalarla mübarizənin hələ də nəticəsi yoxdur, bu mübarizədən bir şey alınmır?! Yoxsa sadəcə lazımi qətiyyət çatmır?! Bəlkə başqa səbəblər var?! Beynəlxalq təsnifata görə, qumar sosial xəstəlikdir. Bu oyunlardan asılılıq isə pasiyentin "sosial, maddi və peşəkar dəyər və öhdəliklərinin itirilməsinə gətirib çıxarır”.

Araşdırma davam edir…

Bizi izləyin...

Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hazırdı.

AZƏRBAYCAN QANUNLARIN VECƏ ALMAYAN QUMAR MAFİYASI - ARAŞDIRMA

  • 9-08-2015, 17:54
  • 1 426


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI