Son sutkada 4 nəfər koronavirusa yoluxub

109 2-06-2023, 21:44 cemiyyet

Son sutkada 4 nəfər koronavirusa yoluxubÖlkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xeberdar.net-ə verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 14 nəfər sağalıb. Bir nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 853 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 530 nəfər müalicə olunaraq sağalıb, hazırda 48 aktiv xəstə var. Bu günə qədər 10 275 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 830, bu günə qədər isə ümumilikdə 7 624 100 test icra olunub.

XƏBƏR LENTİ