Qusarda ağır qəza: ölü və yaralılar var...

346 4-06-2023, 13:09 hadise

Qusarda ağır qəza: ölü və yaralılar var...Qusar rayonunun Çiləgir kəndində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeberdar.net-in Report-a istinadən məluatına görə, VAZ-2106 markalı avtomobilin VAZ-2107 markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri; 1975-ci il təvəllüdlü Ağarzayeva Yeganə Muradrasul qızı ölüb, 1974-cü il təvəllüdlü Ağarzayev Nadir Şahkərəm oğlu və 1981-ci il təvəllüdlü Eyvazov Volodiya Həzrəbək oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Y.Ağarzayevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ