Amerikanın paytaxtı Vaşinqtonda güclü partlayış səsi eşidilib.
Xeberdar.net-in məlumatına görə, bu barədə “Röyters” məlumat yayıb.
ABŞ-ın təhlükəsizlik qüvvələri isə heç bir təhlükənin olmadığını açıqlayıb.
Sosial şəbəkə istifadəçiləri partlayış səsinin Şimali Virciniyadan Meriləndə qədər geniş bir ərazidə eşidildiyini bildiriblər.
Bəzi mənbələr partlayış səslərinin səbəbi kimi hərbi hava təlimlərini göstəriblər.