SES dağıldı, bu yerləri su basdı: 16 min insan təhlükədə

117 6-06-2023, 12:35 dunya

SES dağıldı, bu yerləri su basdı: 16 min insan təhlükədəXerson vilayətinin sağ sahilində kritik zonada 16 min nəfər var. Artıq bəzi əraziləri su basıb.

Xeberdar.net-in məlumatına görə. bu barədə Xerson şəhər administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.

Onun sözlərinə görə, Berislav rayonunun Tyaginka, Lvov, Otradokamenka, Xerson rayonunun İvanovka, Nikolskoe, Tokarevka, Ponyatovka, Belozerka yaşayış məntəqələri, Ostrov mikrorayonu ya tamamilə, ya da qismən su altında qalıb.

Prokudin bildirib ki, həmin yaşayış məntəqələrinin əhalisinin təxliyəsi hazırlanır. Onlar Nikolayev şəhərinə köçürüləcək.

Qeyd edək ki, Kaxovka SES-in bəndi bu gecə ruslar tərəfindən partladılıb. Su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsi elan edilib.

XƏBƏR LENTİ