Azərbaycan şəhərində güclü yanğın: 22 insan xəsarət aldı

263 10-06-2023, 15:19 hadise

Azərbaycan şəhərində güclü yanğın: 22 insan xəsarət aldıİyunun 9-dan 10-a keçən gecə Güney Azərbaycanın Qəzvin şəhərində 36 mənzilli yaşayış binasında güclü yanğın baş verib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Qəzvin əyalətinin Təcili Yardım Mərkəzinin rəhbəri Həsən İsmayıli məlumat verib.

Hadisə binanın parkinqində olan bir neçə minik avtomobilinin naməlum səbəblərə görə alışması nəticəsində meydana gəlib.

İsmayıli yanğın nəticəsində ikisi yanğınsöndürən olmaqla, 22 nəfərin xəsarət aldığını və xəstəxanalara yerləşdirildiyini deyib.

XƏBƏR LENTİ