Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

200 17-06-2023, 19:44 cemiyyet

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıbSon sutkada COVID-19-dan ölən olmayıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xeberdar.net-ə verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 890 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 598 nəfər müalicə olunaraq sağalıb, hazırda 11 aktiv xəstə var. Bu günə qədər 10 281 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 615, bu günə qədər isə ümumilikdə 7 636 539 test icra olunub.

XƏBƏR LENTİ