Arvadını öldürdü, 8 aylıq qızına xəsarət yetirdi

301 20-06-2023, 20:42 hadise

Arvadını öldürdü, 8 aylıq qızına xəsarət yetirdiİyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Xeberdar.net-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.

8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

XƏBƏR LENTİ