Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı açıqlama - RƏSMİ

Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı açıqlama - RƏSMİ

“Qeyri-qanuni fəaliyyət göstərən avtobus sürücüsünə 300-dən artıq protokol yazılıb”

Bakının 20 Yanvar dairəsində qeyri-qanuni fəaliyyət göstərən Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı rəsmi açıqlama verilib.

Dövlət Avtomobil Nəqliyyatı İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Oxu.Az-a bildirib ki, Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı qərar bu günün işi deyil:

“Bu qərar çoxdan verilib və iş həyata keçirilir. Lakin bəzi sürücülər hələ də bu qadağaya məhəl qoymur. Elə mikroavtobus və yaxud avtobus sürücüləri var ki, sözügedən ərazidə sərnişin daşıdığına görə, bir və yaxud bir neçə dəfə qanuna müvafiq qaydada tədbir görülüb və cərimələnib. Artıq bir neçə dəfə bu qeyri-qanuni işinə görə cərimələnən sürücülərə qarşı cinayət işi qaldırılacaq. Bunun üçün lazımi sənədlər toplanılır. Son aylara nəzər yetirsək, 20 Yanvar dairəsindən Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni fəaliyyət göstərən avtobus sürücüsünə 300-dən artıq protokol yazılaraq cərimə tətbiq edilib”.

Ə.Cəfərov bununla belə, ərazidə Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı da cəza tədbirlərinin həyata keçirildiyini qeyd etdi: “Sözügedən ərazidə mindən çox taksi sürücüsünə protokol tərtib edilərək cərimələnib.

Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı açıqlama - RƏSMİ

  • 18-05-2015, 21:19
  • 1 153


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI