Yolda vurulan qadın yerindəcə öldü

Yolda vurulan qadın yerindəcə öldüHadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib.
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tovuz rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Tovuz çayı üzərində olan körpüdə qeydə alınıb. “VAZ 2104” markalı avtomobilin sürücüsü rayonun Bozarqanlı kənd sakini 1957-ci il təvəllüdlü Zöhrə Bayram qızı Bayramovanı vurub və hadisə yerindən uzaqlaşıb. 59 yaşlı qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Hazırda dünyasını dəyişən qadının meyiti tibbi müayinə üçün morqa gətirilib.

Faktla bağlı Tovuz Rayon Polis İdarəsində araşdırma aparılır.

Dünyasını dəyişən qadın süpürgəçi olub və hadisə də onun öz işini yerinə yetirdiyi vaxt baş verib.

Bundan bir müddət əvvəl də süpürgəçinin ölümü ilə nəticələnən qəza Gəncədə qeydə alınıb. Nizami məqbərəsinin yaxınlığında əslənKəlbəcər rayonundan olan, Gəncə şəhərində məskunlaşan 1980-ci il təvəllüdlü Kənan Əbülfət oğlu Məmmədxanov paytaxt istiqamətində hərəkətdə olarkən idarə etdiyi 20- TN- 254 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobillə yolda təmizlik işləri görən süpürgəçi- 1962-ci il təvəllüdlü Şahnaz Talıb qızı Məmmədovanı vurub.

Daha sonra avtomobil yolun kənarındakı divara çırpılıb. Hadisə nəticəsində Şahnaz Məmmədova yerindəcə dünyasını dəyişib, avtomobildə olan sərnişinlər- Gəncə şəhər sakinləri- 1979-cu il təvəllüdlü Əlizamin Nəbi oğlu Hüseynov, 1985-ci il təvəllüdlü Mənsur Hümbət oğlu Əliyev və 1980-ci il təvəllüdlü Nazim Qəşəm oğlu Pənahov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xeberdar.net

Yolda vurulan qadın yerindəcə öldü

  • 29-02-2016, 10:48
  • 400


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI