XİN-dən çağırış: Mina təhdidinə göz yummayın!

217 13-07-2023, 22:43 cemiyyet

XİN-dən çağırış: Mina təhdidinə göz yummayın!Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdəki arıçının yaralanması ilə nəticələnən mina partlayışı ilə əlaqədar Ermənistanın bu təhdidinə göz yummamağa çağırır.

Xeberdar.net
-in məlumatına görəbu barədə XİN Tvitterdə paylaşım edib.

“Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb.

Azərbaycan Ermənistandan qaynaqlanan mina təhdidinə göz yummamaq çağırışını yeniləyir”, - tvitdə qeyd olunub.

XƏBƏR LENTİ