Rusiya taxıl sazişinin bərpası üçün şərtini açıqladı

213 17-07-2023, 17:30 dunya

Rusiya taxıl sazişinin bərpası üçün şərtini açıqladıRusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq.

Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Əgər Qərb Qara dəniz təşəbbüsünü qiymətləndirirsə, o zaman öhdəliklərini yerinə yetirmək və Rusiya gübrələrini və ərzaqlarını sanksiyalar siyahısından çıxarmaq barədə düşünməlidir”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Rusiya bu gün başa çatan Qara dəniz taxıl sazişini uzatmaqdan imtina edib.

XƏBƏR LENTİ