Türkiyənin "TQ Samsun" quru yük gəmisi Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarını tərk edən sonuncu gəmi olub.
Xeberdar.net-in məlumatına görə, quru yük gəmisi 38,8 min ton kənd təsərrüfatı məhsulları daşıyır.
"TQ Samsun" Qara dənizdəki taxıl dəhlizindən keçərək İstanbula çatıb. Gəmi daha sonra Niderlanda yola düşəcək.