Daşqınlar nəticəsində 200 ev dağılıb
Əfqanıstanın şərqindəki Pərvan əyalətində baş verən daşqınlar nəticəsində azı 9 nəfər ölüb, 7 nəfər yaralanıb.
Xeberdar.net-in məlumatına görə,bu barədə əyalət administrasiyasının nümayəndəsi Hikmətullah Şamim məlumat verib.
Onun sözlərinə görə, çərşənbə axşamı günortadan sonra əyalətin bir neçə kəndini güclü yağışlardan sonra daşqınlar vurub, 200 evi, yüzlərlə hektar əkin sahəsini, 36 km yolu, bir neçə su kanalını dağıdıb və onlarla heyvanı məhv edib.
Əfqanıstanın meteoroloji xidmətləri yaxın günlərdə dağlıq ölkənin bəzi ərazilərində yağışların artacağını və daşqınların olacağını proqnozlaşdırır.