Bu istiqamətlərdə 79 rus hərbçisi məhv edildi

251 30-07-2023, 14:13 dunya

Bu istiqamətlərdə 79 rus hərbçisi məhv edildiUkrayna ordusu Baxmut istiqamətində 44, Liman-Kupyansk istiqamətində isə 35 rus hərbçisini məhv edib.

Xeberdar.net-in məlumatına görə, bunu Ukrayna ordusunun Şərq qruplaşmasının spikeri Sergey Çerevatıy deyib.

“Baxmut istiqamətində Ukrayna müdafiə qüvvələri təşəbbüsü saxlamaqda, düşmənə təzyiq göstərməkdə, hücum əməliyyatları aparmaqda və torpaqlarımızı geri almaqda davam edir. Liman-Kupyansk istiqamətində işğalçılar təşəbbüsü ələ keçirməyə və hücum əməliyyatları keçirməyə çalışırlar. Ordumuzun uğurlu hərəkətləri sayəsində bu planlar düşmən üçün uğursuz alınır”, - Çerevatıy bildirib.

XƏBƏR LENTİ