Baş nazir daha 2 qərar imzaladı

206 1-08-2023, 12:10 cemiyyet

Baş nazir daha 2 qərar imzaladıNazirlər Kabineti “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”ni təsdiq edib.

Xeberdar.net-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

***

Nazirlər Kabineti “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

XƏBƏR LENTİ