Astarada oğul 71 yaşlı atasını öldürdü

207 1-08-2023, 12:59 hadise

Astarada oğul 71 yaşlı atasını öldürdüAvqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Xeberdar.net-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb.

Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ