Rusiya müharibənin 527-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 458 təyyarəsi, 245 helikopteri, 5496 PUA-sı, 428 zenit-raket kompleksi, 11 113 tank və digər zirehli texnikası, 1142 reaktiv yaylım atəş sistemi, 5746 artilleriya və minaatanı, 12 057 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.