İsmayıllıda 19 yaşlı qız və oğlan itkin düşdü

241 5-08-2023, 11:27 hadise

İsmayıllıda 19 yaşlı qız və oğlan itkin düşdüİsmayıllı rayonunda 19 yaşlı qız və oğlan itkin düşüb.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı şəhər sakini, 2004-cü il təvəllüdlü Aytac Hikmət qızı Mayılova və həmyaşıdı, rayonun Kürdmaşı kənd sakini Ağaverdi Tofiq oğlu Xəlilov iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

XƏBƏR LENTİ