Bütün bölgələrdə çörək bahalaşır

298 7-08-2023, 12:00 dunya

Bütün bölgələrdə çörək bahalaşırİranın 13 əyalətində çörəyin bahalaşmasından bir neçə gün sonra dövlət bütün əyalətlərdə çörəyin qiymətinin artırılması ilə bağlı sərəncam verib.

Xeberdar.net-in məlumatına görə, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Rəsmilərə istinadən verilən məlumatda avqustun 20-ə kimi ölkənin bütün bölgələrində çörəyin qiymətinin 40% bahalaşacağı qeyd edilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi bir müddət öncə çörəyin qiymətinin bahalaşmasının hökumətin qırmızı xətti olduğunu və buna yol verilməyəcəyini demişdi.

XƏBƏR LENTİ