Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşdü

156 8-08-2023, 14:02 hadise

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşdüŞamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Xeberdar.net
-in Report-a istinadən məlumatın görə, tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77 CV 760 dövlət nömrə nişanlı "Daevoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ