Həmkəndlisini öldürən şəxs tutuldu

115 16-08-2023, 19:04 hadise

Həmkəndlisini öldürən şəxs tutuldu14:41

Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Məmməd Malik oğlu Əmrahovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Elnur Şahid oğlu Quliyev könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

***

Daşkəsəndə həmkəndlisinin ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, avqustun 16-da saat 11 radələrində Daşkəsən rayonunun Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Elnur Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə həmkəndlisi Məmməd Əmrahova xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. Elnur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

XƏBƏR LENTİ