"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişinyov şəhərinə həyata keçirəcəyi reyslərə bilet satışına başlayıb.
Xeberdar.net-in məlumatına görə,bu barədə AZAL öz rəsmi səhifəsində məlumat yayıb
Məlumata görə, uçuşlar sentyabrın 15-dən başlayaraq həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, biletləri www.azal.az sayı, aviaşirkətin mobil əlavəsi və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.