Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Meteorologiya Təşkilatı (WMO) avqustun 18-də bildirib ki, iyul və avqust aylarında Şimal yarımkürəsinin bir sıra regionlarında hökm sürən isti və quraq gözlənilməz olmayıb.
APA xəbər verir ki, bu barədə Təşkilatın iqlim üzrə eksperti Alvaro Silva Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, qeydə alınan temperatur yeni normadır və bu sürpriz deyil.
Ümumdünya Meteorologiya Təşkilatı yeni normanın istixana qazlarının iqlim dəyişikliyinə gətirib çıxardığını deyib.
Təşkilatın yaydığı bəyanatda iyul ayı tarixdə ən isti ay olub və isti hava bütün avqust boyunca davam edəcək.
Bu fonda təşkilat milli meteorologiya və hidroloji xidmətlərin rəsmi xəbərdarlıqlarına əməl etməyin vacibliyini vurğulayıb.