FHN əməkdaşının evi qarət olundu

187 20-08-2023, 05:45 kriminal

FHN əməkdaşının evi qarət olunduFHN-nin Sumqayıt Regional Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Bəxtiyar Mehman oğlu Babayevin kirayədə qaldığı mənzili naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub.

Xeberdar.net-in reporta istinadən məlumatına görə,hadisə Sumqayıt şəhəri, 5-ci məhəllə ev 17/30, mənzil 13-də qeydə alınıb.

Mənzildən 3 500 ABŞ dolları, 2 qızıl üzük, bir saat və bir boyunbağı aparılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

XƏBƏR LENTİ