Bakıda minik avtomobili qatarla toqquşub - FOTOLAR

120 20-08-2023, 08:55 hadise

Bakıda minik avtomobili qatarla toqquşub - FOTOLARBakıda minik avtomobili ilə qatarın toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Yeni Suraxanı rayonu, 14 İyul küçəsində qeydə alınıb.

Belə ki, qatar avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman “Suzuki” markalı maşın ona çırpılıb.

Məlumata görə, qadın sürücünün idarə etdiyi minik maşını qatarın yoluna çıxıb.

Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
Qeyd edək ki, dəmiryolu xəttinin keçdiyi sözügedən ərazinin avtomobil yolunda rabitə siqnalizasiya sistemi və şlaqbaun yoxdur. Sürücülərin sözlərinə görə, həmin ərazidə keçidin qorunmaması səbəbindən qəza hadisələrinin başvermə ehtimalı yüksək olur.

XƏBƏR LENTİ