Hövsanda qadın özünü 10-cu mərtəbədən atıb

118 21-08-2023, 09:24 hadise

Hövsanda qadın özünü 10-cu mərtəbədən atıbSuraxanı rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb. İlkin məlumata görə, sözügedən binada kirayə qaldığı bildirilən qadın özünü 10-cu mərtəbədən atıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı Rayon Şöbəsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

XƏBƏR LENTİ