Krediti olanlar – banklar sizi aldadır

Krediti olanlar – banklar sizi aldadır
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kredit borcunu ödəyə bilməyənlər bəzən intihar edir, bəzən də başqa vasitələrə əl atırlar. Maliyyə sahəsi üzrə ekspert, IJS hüquq firmasının direktoru, vəkil Əkrəm Həsənov da Modern.az saytına təəssüflə belə halların baş verdiyini təsdiq edir.
Onun fikrincə, son zamanlar banklara olan kredit borcunu ödəyə bilməyən insanların intihara sürüklənməsi, müxtəlif cinayət xarakterli əməllər törətməsi öz hüquqlarını bilməmələri ilə bağlıdır: “Təəssüf ki, bizdə insanlar öz hüquqlarını bilmirlər. Buna görə də bank işçiləri onları qorxudur, istənilən hədə-qorxu gəlir, onlar da inanır. Elə bilirlər ki, özləri, ailə üzvləri həbs olunacaq və başqa formada cəzalanadırılacaqlar”.
Hüquqşünasın sözlərinə görə, borcu ödəyə bilməyən, çıxılmaz vəziyyətdə qalan şəxs, sadəcə həmin banka məktub yazmalıdır: “Vətəndaşın borcu qaytarmağa imkanı yoxdursa, ona heç kəs heç nə edə bilməz. Onu hansısa formada narahat da edə bilməzlər. Həmin borclular banka təxminən belə məzmunda məktub yazmalıdırlar: “Hörmətli filankəslər, bilirəm, sizə borcum var, qaytarmaq istəyirəm, amma imkanım yoxdur, sizin buna görə zərərə məruz qaldığınızı da bilirəm. Amma sizin maliyyə zərəriniz mənim və ailə üzvlərimin həyatından, sağlamlığından, psixoloji durumundan artıq deyil. Buna görə hüquqi müstəvidə lazım bildiyiniz bütün tədbirləri görün, məhkəməyə verin, əmlakımı tutun (əlbəttə, varsa, amma yoxdur). Amma məni və ailə üzvlərimi narahat etməyin, zəng etməyin, gəlməyin və s. Sizin buna hüququnuz yoxdur! Narahat etsəniz, sizdən şikayət edəcəyəm və bütün mənfi nəticələrə görə siz cavabdeh olacaqsınız. Hələ onu demirəm ki, mənimlə bağladığınız kredit müqaviləsində çoxsaylı qanun pozuntuları var, vəkil tutmağa imkanım olsaydı, özüm sizi buna görə məhkəməyə verib təzminat tələb edərdim. Təəssüf ki, heç buna da pulum yoxdur…”
Əkrəm Həsənov vəziyyətin ram edilməsi üçün iki əsas təklif irəli sürüb: “Birinci – qanunvericilik təkmilləşdirilməlidir. İstehlak kreditləri haqda xüsusi qanun qəbul edilməlidir. Həmin qanunvericiliyə əsasən bankdan kredit alanın hüquqları xüsusi qorunmalıdır. Bütün Avropa ölkələrində belə qanun var. Onu da deyim ki, bizdə də belə qanun layihəsi artıq var. 2013-2014-ci illər ərzində GİZ-in təşəbbüsü ilə mən və alman professoru Krebs sözügedən məsələ ilə bağlı Mülki Məcəlləyə dəyişikliklər layihəsi hazırlamışıq. Bir ildən çoxdur baxılması üçün hökumətə təqdim etmişik”.
Danılmaz fakt budur ki, kredit götürən hər kəs onu geri qaytarmaldıır. Ən azından həmin vaxt bu məsuliyyəti dərk edərək kreditə üz tutmalıdır. Axı, hansısa bankın bizə borcu yoxdur?
Ekspert də bununla razılaşır: “Əlbəttə, insan aldığını geri qaytarmalıdır. Bunu bilə-bilə etməmək vicdansızlıqdır. Lakin imkan yoxdursa, insan nə etsin? Buna görə də qabaqcıl ölkələr vətəndaşa müflis olmaq imkanı verir. Avropa ölkələrində, hətta Rusiyada vətəndaşın müflisliyi haqda qanun var. Vətəndaş borclarını ödəyə bilmirsə, məhkəməyə müraciət edib özünü müflis elan etdirir, bundan sonra ondan heç kəs heç nə tələb edə bilməz. Amma vətəndaşın da adı qara siyahıya düşür, ona daha heç kəs borc da vermir.
Bizdə də mütləq belə qanun qəbul edilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsinin mayın 14-də qəbul etdiyi qərarda banklara vətəndaşlara güzəşt etmək göstərişi verilib. Hökumət bu qərarın icrasını təmin etməlidir”. Əkrəm Həsənov kommersiya banklarını fırıldaqçılıqda da ittiham edir: “Bankların çox vaxt vətəndaşları aldatdığını da nəzərə almalıyıq. Məsələn, vətəndaşa manat lazımdır, ancaq ona krediti dollarla sırınıb. Bir çox hallarda kredit haqda düzgün məlumat verilmir. Bankların hamısı heç faizi də düzgün tutmur. Qanun tələb edir ki, faizləri ildə bir dəfə tutmaq lazımdır, banklar isə ayda bir dəfə tutur. Başqa pozuntular da var. Buna görə banklar da qanunsuz əməllərindən əl çəkməlidirlər. Daha şəffaf olmalı, güzəştə getməlidilər. Ancaq bu halda problemlər azalar”.

Krediti olanlar – banklar sizi aldadır

  • 17-08-2015, 10:14
  • 839


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI