Xaçmazda “saray çevrilişi”nə bərabər toplantı

Xaçmazda “saray çevrilişi”nə bərabər toplantı
Parlament seçkiləri ilə bağlı siyasi səhnədə ciddi aktivlik müşahidə olunmasa da pərdəarxasında gizli planlar qurulur. Xeberdar.net bildirir ki, bu proseslərdən biri haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Belə ki, söhbət Xaçmaz rayonu və seçkidən sonra bu rayonda baş tutacaq kadr dəyişikliyi ilə bağlıdır.
Xaçmazdakı mənbənin redaksiyamıza bildirdiyinə görə, Xudat şəhər icra nümayəndəsi Akif Mərdanov öz yaxın ətrafı arasında tezliklə rayon icra hakimiyyətinin başçısı olacağı haqda təbliğata başlayıb. Belə ki, A.Mərdanov özünə yaxın bildiyi şəxslər arasında parlament seçkilərindən sonra hazırki icra başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad olunacağını və onun bu posta təyin ediləcəyini bildirir. Bu haqda məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiklərinə görə hazırki şəhər merinin icra başçısı olacağına dair əminliyi bir müddət öncə Xaçmazda baş tutmuş bir toplantı ilə bağlıdır: “Bir neçə gün öncə Xaçmaz şəhərində yerləşən məşhur “Çeşmə” restoranında rayonun və bölgənin bir neçə vəzifə sahibləri toplaşıb. Öncədən planlaşdırılan bu toplantıda 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat mandatı almış İlham Əliyev də iştirak edib. Burda deputat növbəti seçkilərdə də eyni dairədən namizədliyini verəcəyini və seçkidən sonra bu rayonun kurtatorluğunu da ələ keçirəcəyini bildirib. Toplantıda iştirak edənlər arasında seçkidən sonrakı kadr islahatları zamanı vəzifə bölgüsü aparılıb və bu bölgüdə A.Mərdanov Xəçmaz rayonunun gələcək icra başçısı kimi təqdim olunub. Maraqlıdır ki, bu tədbirə icra başçısı Ş.Xanbabayev qatılmayıb”.
Mənbəmiin sözlərinə görə A.Mərdanovun öz ətrafına verdiyi müjdə də bu toplantıdan qaynaqlanır. O hətta icra başçısı olacağına ən yüksək səviyyədə vəd verildiyini də bildirib. Nəzərə alsaq ki, İ.Əliyev sıradan bir deputat deyil və PA rəhbəri Ramiz Mehdiyevin yaxınıdır, onda Xudat merinin iddialarının hardan qaynaqlandığı bəlli olar. Onu da bildirək ki, bir müddət əvvəl Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin birinci müavini işləmiş Akif Mərdanov bir sıra səs-küylü məsələlərdən sonra öz vəzifəsindən azad olunub. Lakin çox keçmədən Xudat şəhər inzibati ərazisinin nümayəndəsi təyin olunan bu şəxsin vəzifəsindən çıxarılması və rayon icra başçısı barədə yayılan şaiyələrlə bağlı müxtəlif söz-söhbətlər dolaşır. Bütün bunlar haqda isə növbəti yazımızda.

Xaçmazda “saray çevrilişi”nə bərabər toplantı

  • 17-08-2015, 10:17
  • 782


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO
  6. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  7. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  8. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  9. Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–”Qozbeli qəbir düzəldər”–Araşdırma
  10. Sabah güclü külək əsəcək
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI