Türkiyədə mikroavtobus aşdı: 14 yaralı

125 27-08-2023, 18:09 hadise

Türkiyədə mikroavtobus aşdı: 14 yaralıTürkiyənin Van vilayətinin Gevaş rayonunda mikroavtobus aşıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Atalan Məhəlləsində mikroavtobus təkərin partlaması nəticəsində yol kənarına aşıb. Nəticədə 2-si ağır olmaqla 14 nəfər yaralanıb.

Hadisə yerinə tibbi heyət, jandarma və Van Böyükşəhər Bələdiyyəsi Xilasetmə İdarəsinin qrupları cəlb edilib.

Yaralılar tibbi qrupların müdaxiləsindən sonra şəhərdəki xəstəxanalara aparılıb.

XƏBƏR LENTİ