Ermənilər Şuşa istiqamətində təxribata əl atdı

247 31-08-2023, 12:57 dunya

Ermənilər Şuşa istiqamətində təxribata əl atdıAvqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Xeberdar.net-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

XƏBƏR LENTİ